SDK

Sürətli inteqrasiya variantlarını araşdırın

OderoPay-i API əvəzinə SDK-lardan istifadə etməklə inteqrasiya etmək istəyirsinizsə, iki variantı araşdıra bilərsiniz: mobil üçün iOS SDK inteqrasiyası və web üçün WooCommerce Plugin inteqrasiyası.

Canlı mühitə keçməzdən əvvəl sınaq mühitində sürətli inteqrasiyanı ilk sınaqdan keçirməyiniz tövsiyə olunur.

iOS SDK

iOS SDK Swift-də yazılmışdır və Swift Package kimi dərc edilmişdir. Paketi əlavə etmək və iOS tətbiqinizdə istifadə etməyə başlamaq üçün bu GitHub URL-inə keçməlisiniz.

GitHub səhifəsində README.md faylında yazılmış geniş sənədləşdirmə və istifadə nümunələr var.

QEYD: iOS SDK-dan istifadə etməyə başlamaq və sınaq və ya canlı checkout səhifəsi yaratmaq üçün, merchant ilk öncə test mühiti üçün sandbox merchant panelində qeydiyyatdan keçməli və ya canlı mühit üçün canlı registrasiyadan keçməlidir. Bu addımdan sonra siz müvafiq API açarlarını əldə etməlisiniz və onları iOS SDK konfiqurasiya sinfinə daxil etməlisiniz.

WooCommerce Plugin

WordPress istifadə edərək qurulmuş vebsaytınız varsa və ödənişləri qəbul etməyə başlamaq istəyirsinizsə, WordPress veb saytınıza WooCommerce əlavə etməlisiniz. WooCommerce-in quraşdırılması WordPress veb saytınız üçün yoxlama səhifəsi, məhsul idarəetmə səhifələri və digər faydalı alətlər əlavə edir.

Bu addımı yerinə yetirdikdən sonra siz Odero vasitəsilə ödənişləri qəbul etməyə başlamaq üçün wp-content/plugins folder-ına WooCommerce OderoPay Plugin əlavə edə bilərsiniz.

QEYD: OderoPay WooCommerce Plugin əlavə etməzdən əvvəl, merchant ilk öncə test mühiti üçün sandbox merchant panelində qeydiyyatdan keçməli və ya canlı mühit üçün canlı registrasiyadan keçməlidir. Bu addımdan sonra siz müvafiq API açarlarını əldə etməlisiniz və onları OderoPay WooCommerce Plugindaxil etməlisiniz.