Odero satış platforması həlli ilə üzv bizneslər Odero-da satıcılarını yarada və yeniləyə bilərlər, ödəniş zamanı satıcılarına pul paylanmasını dəqiqləşdirə bilərlər və təsdiq verərək pulun göndərilməsinə icazə verə bilərlər. Üzv bizneslərin 3 əsas başlıq altında satış platforması API inteqrasiyasını inkişaf etdirməsi lazımdır.
Odero satış platforması həllində üzv bizneslər ödəniş zamanı alt üzv bizneslərin pul paylanmasını idarə etməlidirlər. Bunun üçün ilk öncə alt üzv bizneslərin Odero-da yaradılması tələb olunur. Alt üzv biznes API inteqrasiyası üçün baxın: Alt Üzv Biznes API inteqrasiyası
Üzv biznes API ilə yaratdığı və yenilədiyi alt üzv biznesləri, üzv biznes panelindən baxa və ətraflı axtarış apara bilər.
Alt üzv biznesləri Odero-da yaratdıqdan sonra API nəticəsində subMerchantId
parametri qayidir və üzv biznes bu parametri satıcısı ilə uyğunlaşdırmalıdır. Bu parametr ödəniş zamanı alt üzv biznesə pul paylayarkən istifadə olunur.
Parameter | Description |
---|---|
price |
Məhsulun qiyməti |
subMerchantId |
Yaradılan alt üzv biznesin OderoPay ID-si |
subMerchantPrice |
Səbətə əlavə edilən məhsula görə alt üzv biznesinə nə qədər pul gedəcək |
Məsələn, ödəniş zamanı səbətimizdə 3 məhsul var və hər bir məhsulun satıcısı fərqlidir.
Məhsul #1:
Məhsulun qiyməti: | 30 AZN |
Alt üzv biznesin ID-si: | 1 |
Alt üzv biznesə gedəcək pul: | 27 AZN |
Məhsul #2:
Məhsulun qiyməti: | 50 AZN |
Alt üzv biznesin ID-si: | 2 |
Alt üzv biznesə gedəcək pul: | 42 AZN |
Məhsul #3:
Məhsulun qiyməti: | 20 AZN |
Alt üzv biznesin ID-si: | 3 |
Alt üzv biznesə gedəcək pul: | 18 AZN |
Yuxarıdakı misalda göstərildiyi kimi səbətimizdə 3 məhsul var və 3 fərqli satıcıdan məhsul almaq istəyirik. Üzv biznes hər bir satıcı ilə müxtəlif komissiyalarla işlədiyini nəzərə alsaq, səbətdə olan hər bir məhsul üçün satıcıdan alınan komissiyaya uyğun pul bölgüsü hesablamalı və ödəniş zamanı göndəriləcək pulu dəqiqləşdirməlidir.
Yuxarıdakı misalda səbətdəki ilk məhsulu satıcısı 30 AZN-ə satır və ödənişdən sonra satıcının hesabına köçürülməli pul isə 27 AZN-dir. Odero pulun göndərilməsini bu parametr əsasında həyata keçirir və alt üzv biznesə və üzv biznesə gedəcək məbləğ bu parametr ilə müəyyən olunur.
Satış platforması həllində pulun göndərilməsi üçün üzv biznesin səbətdəki hər bir məhsul üçün escrow başa çatan kimi təsdiq verməsi gözlənilir. Təsdiq edilməyən məhsulların pulu göndərilmir və hovuz hesabında gözlədilir. Pul göndərilməmişsə, təsdiqlənmiş məhsulların təsdiqi geri çəkilə bilər.