Pul kisəsi

Qapalı dövrəli pul kisəsindən istifadə üçün ilk öncə Odero-da alıcılar yaradılmalıdır. Odero-da alıcılar yaradıla və yenilənə bilər və onlara aid məlumatlar üçün sorğu göndərilə bilər. Alıcı yaradıldıqdan sonra buyerId parametri qayıdır və üzv biznes bu parametri öz tərəfində saxlamalıdır. Alıcı API inteqrasiyası üçün baxın: Alıcı API inteqrasiyası

Odero-da yaradılan alıcı üzv biznes vasitəsilə aşağıdakı əməliyyatları həyata keçirə bilər.

  • Ödənişin pul kisəsinə tam olaraq qaytarılması
  • Ödəniş bölgüsünün pul kisəsinə hissə-hissə qaytarılması
  • Ləğv edilmek istenilen ödənişin pul kisəsinə qaytarılması
  • Pul kisəsindəkı balansdan istifadə edərək tam ödənişin etmesi
  • Pul kisəsindəkı balansdan istifadə edərək bir hissə ödənişin etmesi
  • Pul kisəsi əməliyyatlarının hesabatlanması
  • Pul kisəsinin doldurulması
  • Pul kisəsinin yüklənmiş pulunun geri qaytarılması

Üzv bizneslər isə yaratdıqları alıcıları üzv biznes panelində sadalaya bilərlər və pul kisəsinin əməliyyatlarıni ilə bağlı məlumat ala bilərlər. Odero-da alıcılar üzv bizneslərə əsaslanır və digər üzv biznes tərəfindən istifadə edilə bilməz. Bu quruluş qapalı dövrəli pul kisəsi adlandırılır. Yuxarıda izah edilən bütün alıcı əməliyyatlarının mümkün olması üçün API-də buyerId parametri istifadə olunur. Alıcının ödəniş API inteqrasiyası üçün baxın: Alıcının ödəniş API inteqrasiyası