Ödəniş Bölgüsünün Yenilənməsi

Məhsul ödənişlərində, satıcının dəyişməsi və ya satıcı (alt üzv biznes) qiymətində dəyişiklik kimi səbəblərdən istəsəniz, alt üzv biznesi və/və ya alt üzv biznesinin qiymətini yeniləyə bilərsiniz. Xidmətdən istifadə etmək üçün siz Satış platforması tipli biznes olmalı və ödənişli məhsul növünə malik olmalısınız.

Diqqət tələb edən məqamlar

  • Bu servisdən yalnız satış platformaları tərəfindən istifadə edilə bilər.
  • Bu servis yalnız uğurlu ödənişlər üçün istifadə edilə bilər.
  • Ödəniş qrupu, məhsul olan ödəniş bölgüləri yenilənə bilər.
  • Ödəniş bölgüsünün pul göndərmə statusu PAYOUT_STARTED(göndərilir) və ya PAYOUT_COMPLETED(göndərildi) olduqda servisdən istifadə etmək olmaz.
  • Servisdən istifadə zamanı alt üzv biznes və ya alt üzv biznesin qiymətindən ən azı biri dəyişməlidir.
  • Ödəniş və ödəniş bölgüsü daha əvvəl ləğv edilməmiş/qaytarılmamış olmalıdır.
  • Ödəniş bölgüsü üçün istədiyiniz qədər yeniləmə həyata keçirə bilərsiniz.
  • Alt üzv biznesin qiyməti ödəniş bölgüsünün qiymətindən yüksək olmamalıdır.
  • Ödəmə bölgüsünün emal vəziyyəti təsdiqi gözləyən vəziyyətdə olmalıdır.

URL

Ödənişi bölgüsünü yeniləmək üçün istifadə edilən endpoint və http metodu haqqında məlumat aşağıda verilmişdir:

HTTP Metod URL URL Parametreleri
PUT /payment/v1/payment-transactions/:id id: Ödəniş bölgüsünün ID dəyəri

Sorğu Parametrləri

Ödəniş bölgüsünün təsdiqini geri almaq üçün sorğularda göndərilməsi gözlənilən parametrlər aşağıdakı cədvəl və alt başlıqlar altında sadalanmışdır.

Parametrin Adı Növü Məcburi Açıqlama
subMerchantId number Bəli Alt üzv biznesin ID-si
subMerchantPrice decimal Bəli Alt üzv biznesin qiyməti

Qayıdış Parametrləri

Ödəniş bölgüsünü yeniləmə prosesi nəticəsində qaytarılan parametrlər də API sənədlərinin əsas səhifəsinin Qayıdış Formatları bölməsində göstərilən qaydalara tabedir. Sistematik və ya quruluş bir xəta olmadıqda, data parametrində qaytarılan obyektin alt parametrləri aşağıdakılardır:

Parametrin Adı Növü Hər Zaman Mövcuddur Açıqlama
id long Bəli Ödəniş bölgüsünün ID-si
name string Xeyr Ödəniş sorğusunda göndərilən, ödəniş bölgüsü ilə bağlı ad
externalId string Xeyr Ödəniş sorğusunda göndərilən, ödəniş bölgüsü ilə bağlı xarici ID dəyəri
transactionStatus TransactionStatus Bəli (baxın: Pulun Göndərilməsinin Statusları) Bölgü ilə əlaqədar pulun göndərilmə statusunu ifadə edən qiymət
price decimal Bəli Ödəniş bölgüsünün səbətdəki məbləği
paidPrice decimal Bəli Ödəniş üçün tutulan cəmi məbləğin müvafiq bölgüyə düşən payı
walletPrice decimal Bəli Ödəniş üçün pul kisəsindən tutulan cəmi məbləğin müvafiq bölgüyə düşən payı
merchantPayoutAmount decimal Bəli Ödənişlə əlaqədar üzv biznesə göndəriləcək pulun müvafiq bölgüyə düşən payı
subMerchantId long Xeyr Ödəniş bölgüsünün əlaqəli olduğu alt üzv biznes ID-si
subMerchantPrice decimal Bəli Ödəniş bölgüsünün alt üzv bizneslə əlaqəli olduğu halda yer alır. Ödəniş məbləğindən alt üzv biznesə ötürüləcək cəmi məbləğin müvafiq bölgüyə düşən payıdır
subMerchantPayoutRate decimal Bəli Ödəniş bölgüsünün alt üzv bizneslə əlaqəli olduğu alda yer tutur. Ödənişlə əlaqədar alt üzv biznesə göndəriləcək pulun, üzv biznesə göndəriləcək pula olan nisbətdir
subMerchantPayoutAmount decimal Bəli Ödəniş bölgüsünün alt üzv bizneslə əlaqəli olduğu halda yer tutur. Ödənişlə əlaqədar alt azv biznesə göndəriləcək məbləği ifadə edir
payout Payout Bəli (baxın: Ödəniş Bölgüsü Pul Göndərməsinin Paylanması) Buraya ödəniş bölgüsü ilə əlaqədar pul göndərməsinin məbləğlərinin üzv biznes, alt üzv biznes və Odero arasındakı paylaşdırılması daxildir

Nümunəvi Kodlar

Açıq mənbə kodlu Odero API client-lərindəki nümunəvi kodları nəzərdən keçirə bilərsiniz