Satış platforması

Odero satış platforması həlli ilə üzv bizneslər Odero-da satıcılarını yarada və yeniləyə bilərlər, ödəniş zamanı satıcılarına pul paylanmasını dəqiqləşdirə bilərlər və təsdiq verərək pulun göndərilməsinə icazə verə bilərlər. Üzv bizneslərin 3 əsas başlıq altında satış platforması API inteqrasiyasını inkişaf etdirməsi lazımdır.

  1. Alt üzv bizneslərin Odero-da yaradılması və yenilənməsi
  2. Ödəniş zamanı pulun satıcılara paylaşdırılmasının həyata keçirilməsi
  3. Satıcılara pulun göndərilməsinin təsdiq edilməsi və təsdiqin geri çağırılması

Alt üzv biznesin yaradılması:

Odero Satış platforması həllində üzv bizneslər ödəniş zamanı alt üzv bizneslərin pul paylanmasını idarə etməlidirlər. Bunun üçün ilk öncə alt üzv bizneslərin Odero-da yaradılması tələb olunur. Alt üzv biznes API inteqrasiyası üçün baxın: Alt Üzv Biznes API inteqrasiyası

Üzv biznes, API ilə yaratdığı və yenilədiyi alt üzv biznesləri, üzv biznes panelindən baxa və ətraflı axtarış apara bilər.

Ödəniş inteqrasiyası:

Alt üzv biznesləri Odero-da yaratdıqdan sonra API nəticəsində subMerchantId parametri qayidir və üzv biznes bu parametri satıcısı ilə uyğunlaşdırmalıdır. Bu parametr ödəniş zamanı alt üzv biznesə pul paylayarkən istifadə olunur. Ödəniş API inteqrasiyası üçün baxın: Ödənişin inteqrasiyası:

Alt üzv bizneslərə pulun göndərilməsi üçün ödəniş zamanı 2 parametr önəmlidir.

price subMerchantId subMerchantPrice
Məhsulun qiyməti Yaradılan alt üzv biznesin Odero ID-si Səbətə əlavə edilən məhsula görə alt üzv biznesinə nə qədər pul gedəcək

Məsələn, ödəniş zamanı səbətimizdə 3 məhsul var və hər bir məhsulun satıcısı fərqlidir.

Məhsul #1:

  • Məhsulun qiyməti: 30 AZN
  • Alt üzv biznesin ID-si: 1
  • Alt üzv biznesə gedəcək pul: 27 AZN

Məhsul #2:

  • Məhsulun qiyməti: 50 AZN
  • Alt üzv biznesin ID-si: 2
  • Alt üzv biznesə gedəcək pul: 42 AZN

Məhsul #3:

  • Məhsulun qiyməti: 20 AZN
  • Alt üzv biznesin ID-si: 3
  • Alt üzv biznesə gedəcək pul: 18 AZN

Yuxarıdakı misalda göstərildiyi kimi səbətimizdə 3 məhsul var və 3 fərqli satıcıdan məhsul almaq istəyirik. Üzv biznes hər bir satıcı ilə müxtəlif komissiyalarla işlədiyini nəzərə alsaq, səbətdə olan hər bir məhsul üçün satıcıdan alınan komissiyaya uyğun pul bölgüsü hesablamalı və ödəniş zamanı göndəriləcək pulu dəqiqləşdirməlidir. Yuxarıdakı misalda səbətdəki ilk məhsulu satıcısı 30 AZN-ə satır və ödənişdən sonra satıcının hesabına köçürülməli pul isə 27 AZN-dir. Odero pulun göndərilməsini bu parametr əsasında həyata keçirir və alt üzv biznesə və üzv biznesə gedəcək məbləğ bu parametr ilə müəyyən olunur.

Təsdiq

Satış platforması həllində pulun göndərilməsi üçün üzv biznesin səbətdəki hər bir məhsul üçün escrow başa çatan kimi təsdiq verməsi gözlənilir. Təsdiq edilməyən məhsulların pulu göndərilmir və hovuz hesabında gözlədilir. Pul göndərilməmişsə, təsdiqlənmiş məhsulların təsdiqi geri çəkilə bilər. Məhsul təsdiqi API inteqrasiyası üçün baxın: Məhsulun təsdiqi